Aİ Azərbaycan ilə Ermənistan arasında əməkdaşlığın əsasının qoyulmasını dəstəkləyir

22:10 19.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasını və əməkdaşlığın əsasının qoyulmasını güclü şəkildə dəstəkləyir.

Hafta.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“ hesabındakı paylaşımında yazıb: “Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun oldum: Ermənistanla müsbət dinamikanın ardınca indi sülhün bərqərar olmasının, əməkdaşlığın əsasının qoyulmasının və praktiki icraya keçilməsinin vaxtıdır. Avropa İttifaqı bunu güclü şəkildə dəstəkləyir”.